Ey dahi insan, Ali Baş Komandan!

İradə Gözəl Vəlibəyli filologiya üzrə fəlsəfə doktoru, şair-publisist, "Qızıl qələm" media mükafatı laureatı, ADU-nun "Tərcümə" fakültəsinin ingilis dili müəllimi

Azərbaycan xalqının sevimli prezidenti,  Ali Baş Komandan  İlham Əliyev cənablarına ithaf edirəm

 

Dahilər yetirib, bu şanlı millət,

Hamısı vətənə göstərib xidmət,

Sizdədir əzəmət, sizdədir qüdrət,

Babamızın hikmətisiz,

Ey dahi insan, Ali Baş Komandan.

 

Siz "Günəş oğlu"nun dahi övladı,

Adınızla, işinizlə nur saçacaqsız.

Tanrı özü verib sizə bu gözəl adı,

Qızıl əsrimizin zinətisiniz

Ey dahi insan, Ali Baş Komandan.

 

Allahın hökmüdür, taleyin işi,

Dahilərin bu dünyaya gəlişi.

İlhamdır Tanrının xalqa bəxşişi,

Yaradanın bizə qismətisiniz.

Ey dahi insan, Ali Baş Komandan.

 

Nəvəsisiniz Dədə Qorqudun,

Günəşisiniz Odlar yurdunun,

Şərəfisiniz Azərbaycanın,

Ulu Qafqazın şöhrətisiniz.

Ey dahi insan, Ali Baş Komandan.

Danışan dilisiniz Siz bu millətin,

Görən gözüsünüz siz həqiqətin,

Təntənəsisiniz haqq-ədalətin,

Dilimizin şərəfi, ləyaqətisiniz,

Ey dahi insan, Ali Baş Komandan.

 

Şanlı gəncliyimizi həvəsləndirən,

Haqqa, ədalətə, sülhə səsləyən,

Prometey məşəlindən od götürən,

Azad dövranımızın heyrətisiniz,

Ey dahi insan, Ali Baş Komandan.

 

Siz çox günahkarı azad eylədiz,

Neçə günahkarı Siz şad eylədiz,

Sevən ürəklərə sevinc çilədiz,

Humanizmin böyük vüsətisiniz,

Ey dahi insan, Ali Baş Komandan.

 

Haqqın dərgahından sonsuz güc alan,

Haq səsilə səmalara ucalan,

Ucalardan ucalarda dayanan,

Aqilliyin, kamilliyin zirvəsisiniz,

Ey dahi insan, Ali Baş Komandan.

 

Hər xalqın dünyada öz imzası var,

Gözəl diləkləri, xoş arzusu var,

İLHAMLI dünyamız səadət tapar,

Nurlu sabahımızın niyyətisiniz,

Ey dahi insan, Ali Baş Komandan.

 

Sizinlə fəxr edir bizim xalqımız,

Ürəkdən sevirik sizi hamımız,

Firavan yaşasın bizim dünyamız,

Həyatımızın mənası, izzətisiniz,

Ey dahi insan, Ali Baş Komandan.

 

Sizə çox inanırıq, sizinləyik biz,

Nə müddətdir intizar içindəyik biz,

Qızıldan tökülər şah heykəliniz,

Qarabağın arzusu, səadətisiniz,

Ey dahi insan, Ali Baş Komandan.

 

Xalqın güvənc yeri yalnız Sizsiniz,

Atanız Heydərtək Siz dahisiniz,

Bütöv Azərbaycana Siz lidersiniz,

Milyonların səsisiniz,

Sevimli prezidentimiz

Ey dahi insan, Ali Baş Komandan.