Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü, anam.
Hara getsəm gözün mənə baxar.
Ana, qəlbim bu laylayla gəzər
Doğma səsin ömrü, günü bəzər
Laylay dedin ana, laylay dedin mənə,
Həyat verdin mənə, əziz ana.
Laylan hələ yaşar, laylan ellər aşar,
Günəş kimi yana- yana, ana.
Ana, səsin aydın səhər ola,
Ana, qəlbin keşik çəkər bizə.
Yolum üstə uzaq səfər ola,
İşıq dolar nurdan düşən gözə.
Mənim görən gözüm sənsən, ana,
Ömrüm- günüm, özüm sənsən, ana
Laylay dedin ana, laylay dedin mənə,
Həyat verdin mənə, əziz ana.
Laylan hələ yaşar, laylan ellər aşar,
Günəş kimi yana-yana, ana…