Xoş gəldin

Əsəd Cahangir

Yer üzündə ədalət və demokratiyanın dayağı, türklüyün bayrağı,  islamın növrağı olan Türkiyə Respublikasının sayın cümhurbaşkanı  Rəcəb Teyyub Ərdoğan cənablarının Azərbaycana gəlişinə həsr edirəm

 

Qədəm basıb dost elindən,

Dədəm, xoş gəldin, xoş gəldin!

Nə gözəldir səndəki bu

qədəm! Xoş gəldin, xoş gəldin!

 

Alp ərənlərin başısan,

axınçılar yoldaşısan!

İlhamımın qardaşısan

madəm! Xoş gəldin, xoş gəldin!

 

Gəldin... gül açdı üzümdə,

güldü dağım da, düzüm də!

Fikrimdə mənam, sözümdə

nidam! Xoş gəldin, xoş gəldin!

 

Sayınlardan sayın xocam,

əlin öpəm, boyun qucam!

Gəlişinə bilsən necə

şadam! Xoş gəldin, xoş gəldin!

 

İlk gündən ana beşiyim,

zor gündə sənsən keşiyim!

Gəl, sevinsin ev-eşiyim,

odam! Xoş gəldin, xoş gəldin!

 

Yürü, Turan ellim, yürü,

nur olub dünyanı bürü!

Ürəyimdə qanım, nuri-

didəm! Xoş gəldin, xoş gəldin!

 

Əski çağdan gələn səsim,

Tanrıdağdan gələn səsim!

Qarabağdan gələn səsim-

sədam! Xoş gəldin, xoş gəldin!

 

Zülmətlərdə şimşəksən ya,

Haqq uğruna gərəksən ya!

Göydən enən mələksən, ya

adam? Xoş gəldin, xoş gəldin!

 

 Ey qutsal ruh, sən kimsən, kim?!

Andı əzəl, sözü hakim!

Məhəmməd, İsa, İbrahim,

Adəm! Xoş gəldin, xoş gəldin!