GET, VƏTƏNİ QORU SƏN!

İradə Gözəl Vəlibəyli, şair-publisist, "Qızıl Qələm" mükafatçısı

Arzu dolu bir ürək,

Hər an sevinsin gərək.

Ağıllı Sadiq bala,

Adına layiq bala,

Gözlərimin nurusan,

Get, Vətəni qoru sən!

 

Vətən ana deməkdir,

Vətən torpaq deməkdir.

Vətən üçün yaşayan

Daim yüksələcəkdir.

Gözlərimin nurusan,

Get, Vətəni qoru sən!

Şahin sənin qardaşın,

Uşaqlıqda yoldaşın,

Həm dostun, arxadaşın,

Böyüyəndə sirdaşın.

Gözlərimin nurusan,

Get, Vətəni qoru sən!

 

Göy guruldar, yağış yağar, sel gələr,

Yaz-payızda külək əsər, yel gələr,

Aylar ötər, xoş soraqlı il gələr,

Növrağına quzu qurban kəsilər,

Gözlərimin nurusan,

Get, Vətəni qoru sən!

 

Yolun uğurlu olsun,

İşıqlı, nurlu olsun,

Sizi Allah qorusun,

Qəlblər sevinclə dolsun!

Gözlərimin nurusan,

Get, Vətəni qoru sən!

Bakı-Biləsuvar

5 mart 2019-cu il